Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund”unun püşkü atılıb. Lüksemburqda keçirilən mərasimdə Çempionlar Liqasında 3-cü yeri tutan komandaların potensial rəqiblərinin adına aydınlıq gəlib. Belə ki, püşk qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Azəryol”un kimlə qarşılaşacağını da müəyyənləşdirib. "Çelenc raund”da Ancelo Vercesinin yetirmələri "Bank Fakro” (Polşa) - "Lokomotiv” (Azərbaycan) cütünün qalibi ilə mübarizə aparacaqlar. Digər təmsilçimiz "Azərreyl” 1/4 finalda "Uraloçka” komandasını məğlub edəcəyi təqdirdə Rumıniyanın "Dinamo-Romprest” klubu ilə qarşılaşacaq.
Çelenc raund
"Agel” (Çexiya) - "Salo” (Finlandiya) / "Fənərbağça” (Türkiyə) cütünün qalibi
"Bank Fakro” (Polşa) / "Lokomotiv” (Azərbaycan) cütünün qalibi - "Azəryol” (Azərbaycan)
"Ximik” (Ukrayna) / "Aluprof” (Polşa) cütünün qalibi - "Dresdner” (Almaniya)
"Azərreyl” (Azərbaycan) / "Uraloçka” (Rusiya) cütünün qalibi - "Dinamo-Romprest” (Rumıniya)