Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Son turlarda uğursuz oynayan "Azəryol” İtaliya "Yamamay”ı ilə matçda da qələbə qazana bilməyib.
Görüşün gərgin keçəcəyi gözlənilsə də, bu belə olmayıb. Çünki ilk 2 pilləni tuta bilməyən paytaxt təmsilçisi pley-offa ən yaxşı 3-cü yerin sahibi kimi yüksəlmək istəyirdi. Bunun üçün isə komandamıza 3:0 və ya 3:1 hesablı qələbə lazım idi. Təəssüf ki, Ancelo Vercesinin yetirmələri nəinki qələbə, heç bir setdə belə rəqiblərini məğlub edə bilməyiblər. Hər üç hissədə məğlub olan voleybolçularımız Çempionlar Liqası ilə vidalaşıblar. Onlar mübarizəni CEV kubokunda davam etdirəcəklər.
17 dekabr
VI tur
E qrupu
"Yamamay” (İtaliya) - "Azəryol” (Azərbaycan) - 3:0 (25:14, 25:17, 25:19)
Hakimlər: Milan Raykoviç (Xorvatiya), Yanik Çaladay (Fransa)
Busto Arsizio, "Palayamamay” İdman Sarayı