Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edirlər

Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edirlər

Macarıstanda Eqer şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnirə start verilib. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız turnirdə gənclərin yarışında təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev turnirdə Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.

Yarışda final döyüşləri mayın 17-də olacaq.