AKAF “Push30” ilə əməkdaşlığa başladı

AKAF “Push30” ilə əməkdaşlığa başladı

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə “Push30” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbut xidmətindən verilən məlumata görə, mayın 12-də “Dədə Qorqud” parkında master-klass ictimai layihə təşkil olunub. Layihənin şərtlərinə əsasən “Instagram” üzərindən “Push30.az” səhifəsində qeydiyyatdan keçən 250 nəfərdən çox sakin təlim qayıqlarında avar çəkiblər. Avarçəkmə idmanı paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, razılaşmaya əsasən “Push30”da olan idman növləri sırasına avarçəkmə də daxil edilib. Artıq “Push30”da QR kod vasitəsi ilə avarçəkmə idmanını seçərək məşqlərə qoşulmaq olar.  Məşqlər Bakı bulvarında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxınlığında hər gün keçirilir.