Həndbol millimiz Mərkəzi Asiyanın Açıq Çempionatında mübarizəyə başlayır

Həndbol millimiz Mərkəzi Asiyanın Açıq Çempionatında mübarizəyə başlayır

Özbəkistanın paytaxtı Daşkənddə həndbol üzrə Mərkəzi Asiyanın Açıq Çempionatına start veriləcək. Mayın 21-dək davam edəcək yarışda 9 komanda qalib adı uğrunda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə birgə A qrupunda yer alıb. Komandamız bu gün turnirdə ilk matçını keçirəcək. Təmsilçimiz saat 10:30-da yerli OKMK klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq.