İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib

İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib

Mayın 16-da İtaliyanın paytaxtı Romada IV Avropa Oyunlarının İstanbulda keçirilməsi ilə bağlı imzalanma mərasimi olub.

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Spiros Kapralos İstanbulu 2027-ci ildə keçiriləcək dördüncü Avropa Oyunlarının keçirildiyi şəhər kimi təsdiq edib. O, bunu İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlu ilə birlikdə rəsmiləşdirib.

"Bu gün İstanbulun dördüncü Avropa Oyunlarına ev sahibliyi etməsi üçün ilk addımı atırıq. Bu saziş Avropa Oyunlarına ev sahibliyi etmək öhdəliyini daha da gücləndirir. Bugünkü razılaşma Avropa Olimpiya Komitələrinə İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyə Olimpiya Komitəsi ilə birlikdə bütün Avropa üçün xüsusi bir idman sərgisi yaratmağa imkan verəcək. Biz bilirik ki, İstanbul böyük tədbirlərin keçirilməsində zəngin təcrübəyə və lazımi infrastruktura malikdir. Əslində, 2027-ci il Avropa Oyunları üçün İstanbulda yeni daimi idman obyektlərin inşasına ehtiyac yoxdur", - deyə Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Spiros Kapralos Romada keçirilən tədbirdə qeyd edib.

Sonra AOK prezidenti Spiros Kapralos, İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti Kazım Yalı Kiremitçioğlu tərəfindən Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, IV Avropa Oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına da lisenziya verəcək.

İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib İstanbulun IV Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib