Atletimiz üçqat Olimpiya çempionunu geridə qoyaraq qızıl medal qazandı

Atletimiz üçqat Olimpiya çempionunu geridə qoyaraq qızıl medal qazandı

Polşanın Xujov şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialı keçirilib.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mötəbər yarışda ölkəmizi təmsil edən Anna Skidan parlaq çıxışı ilə yadda qalıb. Təmsilçimiz çəkicatma yarışında 73.25 metr göstərici ilə qızıl medala layiq görülüb.

Qeyd edək ki, idmançımızın çempionluq yolunda geridə qoyduğu rəqibləri sırasında üçqat Olimpiya çempionu, dünya rekordunun sahibi, əfsanəvi atlet Anita Vlodarçik də olub.