Voleybol üzrə rayon turniri keçirilib

Voleybol üzrə rayon turniri keçirilib

Masallının Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin idman zalında 28 May - Müstəqillik Gününə həsr olunmuş məktəblilər arasında voleybol üzrə rayon turniri keçirilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə Masallı Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 6 məktəb komandasından 62 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb.
Turnirdə ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunublar.