Paris-2024 Yay Olimpiya Oyunlarının məşəl estafeti mərasimi iğtişaşlar səbəbindən Yeni Kaledoniyada keçirilməyəcək. Bu barədə BFMTV kanalı yerli mənbələrə istinadən məlumat yayıb. Qərar baş nazir Qabriel Attal ilə parlamentin hər iki palatasının sədrləri və parlament fraksiyalarının rəhbərləri arasında keçirilən görüşdən sonra qəbul edilib. Estafetinin proqramına əsasən Olimpiya məşəli iyunun 11-də Yeni Kaledoniyaya çatmalı idi.
Qeyd edək ki, Olimpiya məşəli mayın 8-də Yunanıstandan Fransaya çatdırılıb. Estafet iki aydan çox davam edəcək və iyulun 26-da Oyunların açılış mərasimində məşəlin alovlandırılması ilə başa çatacaq.