Bu gün güləş üzrə U-23 Avropa çempionatına start verilib.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələri üzrə da görüşlər keçirilib. Xalçaya çıxan 5 güləşçimizdən ikisi - Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) finala yüksəlib. Həlledici görüşdə Ziya Babaşov rumıniyalı Vitali Yeriomemko, Xasay Həsənli isə türkiyəli Yüksel Sarıçiçeklə qarşılaşacaq. Daha ikisi güləşçimiz - Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (77 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatına mayın 26-da yekun vurulacaq.