Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Yarışın dördüncü günündə Azərbaycan komandasının daha iki cüdoçusu mübarizə aparacaq. Təmsilçilərimizdən Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, dünya çempionatının əvvəlki günlərində komandamızın üzvü Hidayət Heydərov (73 kq) qızıl medala layiq görülüb.