Triatlonçumuz üçüncü dəfə Olimpiya Oyunlarına lisenziya qazandı

Triatlonçumuz üçüncü dəfə Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb. 

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yeni açıqlanan yekun Olimpiya reytinqində R.Pevtsov 52-ci yerdə qərarlaşıb.

Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Rostislav Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.