Azərbaycan idmançısı Paşa Əsgərov Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası”nda bürünc medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, idmançımız bu uğuru 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çataraq nail olub.
Digər idmançımız Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lakin o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.