Azərbaycanlı güləş hakim Asif Şirəliyev Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, I-S kateqoriyalı tanınmış güləş hakimimiz ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. O, ilk dəfə Tokio-2020-də debüt etmişdi. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 hakim qarşıdan gələn olimpiadada ədaləti qoruyacaq.