“Azəryol” ölkə kubokunun qalibi oldu

“Azəryol” ölkə kubokunun qalibi oldu

Kişi həndbolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Finalda “Azəryol” və “Bakı” komandaları üz-üzə gəlib. “ABU Arena”da təşkil olunan görüş “Azəryol”un 35:31 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qadınlar arasında ölkə kubokuna isə Mingəçevirin “Kür” komandası sahib çıxıb.