Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazir müavini Mariana Vasileva Kamerun Milli Badminton Federasiyasının prezidenti, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odet Esembe Enqulu ilə görüş zamanı bu barədə müzakirə aparıb.
Qonağı salamlayan M.Vasileva ona Azərbaycanda idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev iştirak ediblər.