Daha bir boksçumuz Paris-2024-ə lisenziyanın bir addımlığındadır

Daha bir boksçumuz Paris-2024-ə lisenziyanın bir addımlığındadır

Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 92 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/8 finalda Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.
Döyüş idmançımızın 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
A.Dominges növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. O, bu görüşdə qələbə qazanacağı təqdirdə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
Qeyd edək ki, bu gün Malik Həsənov (63,5 kq) Paris-2024-ə lisenziyaya sahib olmaqla, boks millisinin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.