Qadın voleybolçulardan ibarət Azərbaycan milli yığma komandası dünya çempionatının təsnifatının sonuncu mərhələsinə hazırlığını davam etdirir. Dekabr ayının 21-dən toplanışa başlayan yığma komandamız Rusiyanın "Uraloçka” klubu ilə də bir neçə yoldaşlıq görüşü də keçirəcək. Nikolay Karpolun yetirmələri artıq Bakıdadırlar. Qeyd edək ki, mundialın 3-cü mərhələsi 3-5 yanvar tarixlərində keçiriləcək. Faiq Qarayevin voleybolçularının yer aldığı J qrupu Bakıda mübarizə aparacaq. Komandamız Serbiya, İsrail və Estoniya yığmaları ilə üz-üzə gələcək. Qrup qalibi mundiala vəsiqə qazanacaq.