Azərbaycan "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbirində iştirak edəcək 

Azərbaycan "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbirində iştirak edəcək 

İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbiri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oyunların açılışı iyunun 13-də, bağlanış mərasimi isə 23-də baş tutacaq.

Oyunlarda Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.