ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) növbəti oyunlar keçirilib.
Hər iki qarşılaşma C qrupunda baş tutub.
Panama millisi ABŞ-la üz-üzə gəlib. Görüş panamalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda isə Uruqvay seçməsi Boliviyanı böyük hesabla məğlub edib – 5:0.
Bu nəticələrdən sonra xallarını 6-ya çatdıran Uruqvay 1/4 finala vəsiqə qazanıb. Hərəyə 3 xal toplayan ABŞ ilə Panama yığmaları ikinci və üçüncü pillələri bölüşürlər.