Kolumbiya finalda Argentinaya rəqib oldu

Kolumbiya finalda Argentinaya rəqib oldu

ABŞ-da keçirilən futbol üzrə Amerika Kubokunda ikinci finalçının adına aydınlıq gəlib. Yarımfinal  mərhələsində Uruqvay və Kolumbiya yığmaları üz-üzə gəlib. Görüş kolumbiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həlledici mərhələyə vəsiqə qazanan Kolumbiya seçməsi Argentina ilə qarşılaşacaq. Matç iyulun 15-də baş tutacaq.

Üçüncü yer uğrunda keçiriləcək Kanada-Uruqvay görüşü isə iyulun 14-də təşkil olunacaq.