Qadın voleybolçular arasında Belarus millisinin heyəti açıqlanıb. Baş məşqçi Viktor Qonçarov dünya çempionatının III təsnifat mərhələsi üçün müəyyənləşdirdiyi heyətə Azərbaycan Super Liqasından da oyunçu çağırıb.
Belə ki, təcrübəli mütəxəssis açıqladığı "14-lüyə” "Lokomotiv”dən Vera Klimoviçin adını daxil edib. Onun yanvarın 3-5-də Bolqarıstanda keçiriləcək qrup mərhələsinə aparılacağı da dəqiqləşib.
Qeyd edək ki, Belarus millisi ilə çempionata vəsiqə uğrunda Bolqarıstan, Çexiya və Slovakiya ilə mübarizə aparacaq.