Yığmamız hazırlıqlarını davam etdirir

Yığmamız hazırlıqlarını davam etdirir

Dünya çempionatının III təsnifat mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Yığmamız "Uraloçka” ilə keçirdiyi ikinci görüşündə qələbə qazanıb. Voleybolçularımız bu dəfə tay-brekdə qalib gəliblər - 3:2.
Qeyd edək ki, millimiz bu komanda ilə qarşılaşdığı ilk matçda 2:1 hesabı ilə qələbə qazanmışdı.