Qadın voleybolçularımız dünya çempionatına vəsiqə qazandılar

Qadın voleybolçularımız dünya çempionatına vəsiqə qazandılar



Yanvarın 6-da qadın voleybolçular arasında Bakıda keçirilən dünya çempionatının III mərhələsinin J qrupunun oyunlarına yekun vurulub.
Azərbaycan və Serbiya arasında keçirilən matç dünya çempionatına vəsiqənin taleyini həl edib. Hər iki komanda ilk turda qələbə qazanıb.
İlk set Serbiya komandasının xeyrinə başa çatıb - 25:19. Lakin ikinci hissədə komandamız 25:19 hesabı ilıə qalib gəlməyi bacarıb. Üçüncü setdə Serbiya komadası üstünlüyü ələ alıb - 25:18. Dördüncü partiyada komandamız tay-brek qazanmaq üçün qalib gəlməli idi və bunu bacarıb - 25:16. Həlledici hissədə isə yığmamız 18:16 hesabı ilə qələbə qazanaraq dünya çempionatına vəsiqəni özünə təmin edib.