Alfonso Dominqes: “Qismətimdə gümüş medal qazanmaq var imiş” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
10.08.2024, 16:08
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarında gümüş medal qazanan idmançımız Alfonso Dominqes (92 kq) final görüşündən dərhal sonra ölkəmizin media nümayəndələrinə müsahibə verib. İkiqat Olimpiya mükafatçısı qələbə sevincini KİV-lərlə bölüşüb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Azarkeşlər səndən qızıl medal gözləyirdi. Həlledici mərhələdə Olimpiya qızılını qazanmaq üçün nə mane oldu? - Bu gün mənim günüm deyildi. İstədiklərimi rinqdə edə bilmədim. Buna görə də qızıl medalı əldən verdim. Rəqibim də yetərincə güclü idmançı idi. Düşünürdüm ki, rinqdə daha yaxşı döyüş nümayiş etdirərəm. Amma alınmadı. Rəqib məndən daha güclü idi və döyüşü qələbə ilə başa vurdu.
- Özbəkistanlı idmançının texniki imkanlarını təhlil etmək üçün kifayət qədər vaxtın oldu. Həmin vaxt onun səndən güclü olduğunu düşünürdün? - Döyüşdən əvvəl rəqibimin texniki xüsusiyyətlərini yaxşı təhlil etmişdim. Lakin düşünürdüm ki, döyüşüb qələbə qazanmaq olar. Baxmayaraq ki, rəqib güclü idi, amma bununla belə öz taktikamı da qurmuşdum. Nədənsə taktikam alınmadı.
- Yarımfinal və final yarışları arasında beş gün vaxt var idi. Aradakı bu fasilə sənin döyüşünə təsir etdimi? - Xeyr, bu uduzmağıma bəhanə ola bilməz. Mən elə bir idmançıyam ki, uduzanda da öz məğlubiyyətimi qəbul edirəm. Heç bir bəhanələrə sığınmıram. Heç bir təzyiq də yox idi. Sadəcə olaraq, döyüşüm alınmadı. Amma buna baxmayaraq, Paris-2024-dəki çıxışımı uğurlu hesab edirəm. Tokio-2020-də əldə etdiyim bürünc medalı yaxşılaşdırdım. Azərbaycanın boks tarixində Olimpiya Oyunlarında ardıcıl iki medal qazanan ilk boksçu oldum. Fürsətdən istifadə edib, məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm.
- Tokio-2020-də bürünc, Paris-2024-də isə gümüş medal qazandın. Belə çıxır ki, azarkeşlər qızıl medal üçün Los-Anceles-2028-i gözləməlidir? - Düzdür, medalın əyarından razı deyiləm. İstərdim ki, Azərbaycana qızıl medalla qayıdım. Gümüş medal da pis nəticə deyil. Bütün idmançının arzusu qızıl medal qazanmaqdır. Amma bu, biz istəməklə olmur. Qismətində nə varsa, o da olacaq. Deməli, qismətimdə gümüş medal qazanmaq var imiş. Finala qədər bütün rəqiblərimə qalib gəldim. Bunun üçün Allaha şükür edirdim. Bu gün də yatmazdan əvvəl Allahıma şükür edəcəyəm ki, mənə gümüş medal qazanmağı nəsib etdi. Qarşıdakı məqsədim növbəti oyunlarda Olimpiya çempionu olmaqdır. arzusunu reallaşdırmaqdır. Söz verirəm ki, Los-Anceles-2028-də Azərbaycana qızıl medal qazandıracağam.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol
-
"Aquatic Palace Mini Water Polo Festival" keçirilib
31.08.2026, 21:16 Su idman növləri
-
Cüdo millimiz beynəlxalq turnirdə 11 medalla birinci oldu
31.08.2026, 18:10 Cüdo
-
Azərbaycan Su İdman Növləri Federasiyası "Yay məktəbi" təşkil edəcək
31.08.2026, 17:07 Su idman növləri