“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında bu gün mübarizəyə başlayacaq.
Azərbaycan çempionu H qrupundakı ilk sınağında Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gələcək.
İsveçdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 22-də Estoniya çempionu “Sillamae Silla”, ayın 24-də isə İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.