Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları dəqiqləşib. Bakıda keçiriləcək
I pley-off mərhələsi çərçivəsində "İqtisadçı”-"Vakıfbank” görüşünü Aleksey Paşkeviç (Rusiya) idarə edəcək. Qarşılaşmada ikinci hakim funksiyasını isə polşalı Kristof Smidinski yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma yanvarın 16-da Voleybol Mərkəzində keçiriləcək.