Atletimiz Polşada ikinci oldu 

Atletimiz Polşada ikinci oldu 

Azərbaycanın atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançı çəkicatma yarışında 71.82 metr nəticə göstərib.

Bu nəticə ilə A.Skidan mötəbər yarışda 2-ci yeri tutub.