Rəqibimiz 6-cı pillədədir

Rəqibimiz 6-cı pillədədir

Qadın voleybolçular arasında Polşa çempionatında XIII turun oyunları keçirilib. CEV kubokunda "Lokomotiv”in rəqibi "Bank Fakro” "Tauron” klubunu sınağa çəkib.
Görüş ev sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb. Bu qarşılaşmadan sonra Muşinyanka təmsilçisi 17 xalla 6-cı pillədə yer alıb.
Qeyd edək ki, yanvarın 14-də "Bank Fakro”nun qonağı olacaq "dəmiryolçular” 8 gün sonra Bakıda polşalıları qəbul edəcək.