Millimizdən uğursuz nəticə

Millimizdən uğursuz nəticə

20 yaşadək oğlan voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Cəmi 3 komandanın iştirakı ilə keçirilən mərhələ Azərbaycan yığması üçün uğursuz alınıb. İngiltərənin Ketterinq şəhərində keçirilən ilk görüşdə komandamız Norveç yığmasına 3:0 hesabı ilə məğlub olub.
Millimiz İngiltərə yığmasına da eyni hesabla uduzub - 0:3 (18:25, 9:25, 17:25). Bu məğlubiyyət isə komandamızın yarışı tərk etməsi ilə nəticələnib. Çünki 3 millidən 2-si mərhələ adlamalıdır. Turniri xalsız bitirən millimiz isə qrup sonuncusu olub. Mərhələ adladığı rəsmiləşən digər iki komandanın qarşılaşacağı oyun isə formal xarakter daşıyacaq.