"Lokomotiv”in sabiq baş məşqçisi Cuzeppe Kuçarini özünə yeni iş yeri tapıb. İtaliyalı mütəxəssis karyerasını Polşada davam etdirəcək.
Ötən mövsüm Bakı təmsilçisi ilə heç bir nailiyyət qazana bilməyən Kuçarini "Çemik” klubu ilə razılığa gəlib. Baş məşqçi postunda Mariuş Viktorovici əvəzləyən mütəxəssis ən azı mövsümün sonuna kimi polşalıların uğurları üçün çalışacaq.
Qeyd edək ki, Kuçarininin gedişindən sonra "Lokomotiv” Kladio Kuello ilə müqavilə bağlayıb.