Qadın voleybolçular arasında Rusiya Superliqasında X turun oyunları keçirilib. İlk oyun günündə "Azərreyl”in CEV kubokundakı rəqibi "Uraloçka” "Omiçka”nın qonağı olub.
Omskda keçirilən oyun maraqlı keçib. Belə ki, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” gözlənilmədən məğlub olub - 3:1. Onlar bununla da 2-ci pillədəki möqeyini itiriblər. 20 xalı olan "Omiçka” 3-cü, onlardan 8 xal az toplayan "Uraloçka” isə 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, "Azərreyl”in CEV kubokunun 1/4 final mərhələsində "Uraloçka” ilə ilk görüşü yanvarın 15-də Bakıda olacaq.