Azərbaycan çempionatı yekunlaşdı
Olimpizm xəbərləri
16.09.2024, 10:30
Sentyabrın 14-15-də Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb.
Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.
Kişilər arasında Amin Osmanov (55 kq), Dəniz Cabbarlı (61 kq), Ravin Alməmmədov (89 kq) və Nurlan Məmmədzadə (96 kq) öz çəki dərəcələrində həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kq), Qasım İsmayılov (73 kq) və Orxan Zöhrabzadə (81 kq) gənclərdə, Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq), Mürsəl Quliyev (102 kq), Əli Şükürlü (109 kq) və Dadaş Dadaşbəyli (+109 kq) böyüklərdə Azərbaycan çempionu adına layiq görülüblər.
Qadınlarda isə Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) böyüklərdə, Milena Hüseynli (59 kq) gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.
Yarışda komanda hesabında uğur qazanan kollektivlər Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Azərbaycan çempionat və birincilikləri üçün təyin edilən xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədi daşıyır.
Gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında bütün rəqiblərini aşkar üstələyən Qazax komandasına 5 min manat mükafat verilib. İkinci olan “Təhsil” RİM-in Bakı şəhəri üzrə yığma komandası 3 min manat, üçüncü yeri tutan Gəncə komandası isə 1 (bir) min manat əldə edib.
Böyüklər arasında da Qazax komandası hamıdan güclü olduğunu sübut edib. Bu kollektivə AAF tərəfindən 10 min manat mükafat təqdim edilib. 2-ci olan Lənkəran komandası 5 min, 3-cü olan Sumqayıt komandası isə 3 min manat qazanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks