Qadın voleybolçular arasında Azərbaycan Super-liqasının təqvimində növbəti dəyişiklik baş verib. Yanvarın 13-nə və 19-na nəzərdə tutulan qarşılaşmalar oynanılmayacaq.
Belə ki, "İqtisadçı”nın Çempionlar Liqasında "Vakıfbank”la oyunlarının olması səbəbindən müvafiq olaraq, "Rabitə” və "Azəryol”la qarşılaşmaları yenidən təxirə salınıb. III və IV turda baş tutmayan qarşılaşmaların nə vaxt keçiriləcəyi isə açıqlanmayıb.
Qeyd edək ki, "İqtisadçı” "Vakıfbank”la yanvarın 16-da və 22-də üz-üzə gələcək.