"Qarabağ" klubu UEFA Avropa Liqası çərçivəsində keçirilən Liqa mərhələsinin I turunda ilk görüşünü keçirib. Qurban Qurbanovun komandası Londonda İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşıb. "Tottenhem Hotspur" stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.