“Mingəçevir reqatası-2024”ə start verilir

“Mingəçevir reqatası-2024”ə start verilir

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”ə start veriləcək.
12 ölkədən 100-dək idmançının mübarizə aparacağı yarış Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.
Beynəlxalq reqatada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər mübarizə aparacaqlar. 
Yarışların ikinci günündə Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi keçiriləcək. 

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.