Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün seminar keçirib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seminarda məruzəçi Ülkər Nəbiyevanın təqdimatında müasir dövrdə idmançıların media və ictimaiyyətlə kommunikasiya qurmasının metodları, bu sahədə mövcud olan problemlər, tövsiyələr diqqətə çatdırılıb, müxtəlif hadisələrdən nümunələr səsləndirilib.
Daha sonra güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.
Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.
Qeyd edək ki, Güləş Federasiyası idmançılar və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.