Bu gün avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin sonuncu yarış gününə start veriləcək.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə akamedik avarçəkmə, kayak və kanoe növlərində növbəti qaliblər müəyyənləşəcək.
Xatırladaq ki, Azərbaycan avarçəkənləri yarışın ilk iki günündə 3 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.
Qeyd edək ki, beynəlxalq reqatada 12 ölkəni təmsil edən 100-ə yaxın idmançı mübarizə aparır.
Bu gün "Mingəçevir Reqatası-2024"ün sonuncu mükafatçıları müəyyənləşəcək