Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti mərhələyə yüksəlib. Mübarizəyə II mərhələdən start verən Mingəçevir klubu Kiprin “Parnassos Strovolu” kollektivini sınağa çəkib. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində oynanılan qarşılaşmanı xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorak idarə ediblər. Görüş Azərbaycan çempionunun 35:31 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu oktyabrın 27-də eyni məkanda təşkil olunub. Qarşılaşma bu dəfə də Azərbaycan klubunun üstünlüyü ilə başa çatəb -32:29. Komadamız bu qələbədən sonra Avro Kubokunun III raunduna vəsiqə əldə edib.