Qılıncoynadanlarımız Gimnaziadanı 4 medalla başa vurdular

Qılıncoynadanlarımız Gimnaziadanı 4 medalla başa vurdular

Azərbaycan qılıncoynadanları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 4 medalla başa vurublar.

Qız sablyaçıların şəxsi yarışında Valentina Zeynalova qızıl, Leyla Əhmədova bürünc mükafata yiyələniblər.

Oğlan şpaqaçıların mübarizəsində isə Mirxətai Məmmədov və Emin Səfərbəyov isə üçüncü yerləri tutublar.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.