“Vakıfbank” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir

“Vakıfbank” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir

Qadın voleybolçular arasında Türkiyə Super-liqasında II dövrənin oyunlarına start verilib. XII tur çərçivəsində Çempionlar Liqasının 1/6 final mərhələsində "İqtisadçı”nın rəqibi "Vakıfbank” "Çanakkale Belediyye”si ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:20, 25:11, 25:14). Bununla da "Vakıfbank” məğlubiyyətsiz oyunlar seriyasını 70-ə çatdırıb.
Hazırda aktivində 36 xalı olan rəqibimiz Superliqada da liderliyini davam etdirir. Onlar ən yaxşın izləyiciləri "Fənərbaxça”nı 4 xal qabaqlayırlar.
Qeyd edək ki, "İqtisadçı” - "Vakıfbank” görüşü yanvarın 16-da keçiriləcək.