"Bavariya” Robert Levandovskidən sonra növbəti futbolçu ilə heyətini gücləndirib. Almaniya mətbuatının yaydığı məlumata görə, münhenlilər "Ayntraxt”ın (Frankfurt) 23 yaşlı yarımmüdafiəçisi Sebastyan Rode ilə müqavilə bağlayıb.
Bu müqaviləyə əsasən, Rode cari mövsümün sonunda azad agent olaraq Münhen klubuna keçəcək.
Qeyd edək ki, alman futbolçu 2010-cu ildən Frankfurt təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsi mövsüm sonunda başa çatacaq.