“Roma”nın futbolçusu Kanada klubuna keçir

“Roma”nın futbolçusu Kanada klubuna keçir

İtaliyanın "Roma” klubunun təcrübəli futbolçusu Maykl Bredli karyerasını Kanadada davam etdirəcək. İtaliya mətbuatının yaydığı məlumata görə, "Toronto” 26 yaşlı yarımmüdafiəçi və klubu ilə razılığa gəlib.
Məlumatlara görə, amerikalılar bu keçid üçün paytaxt klubuna 7 milyon avro ödəyəcək.
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan Bredli 2012-ci ildə İtaliya A Seriyasının digər təmsilçisi "Kyevo”dan "Roma”ya keçib.