"Olimpiya dünyası" qəzeti ilin ən yaxşı qəzeti seçilib

"Olimpiya dünyası" qəzeti ilin ən yaxşı qəzeti seçilib

İdmançılarımız 2024-cü il ərzində Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər nüfuzlu beynəlxalq turnirlərdə 1718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib. İl ərzində Azərbaycan idmançıları 266 beynəlxalq yarışda iştirakı təmin edilib.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ənənəsinə sadiq qalaraq 2024-cü ilin qaliblərini aşıqlayıb.

2024-cü ilin idman laureatları

İlin idman xadimi – Rəşad Rəsullu (Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti)

İlin idmançısı

Kişilər

Hidayət Heydərov (cüdo)

Zelim Kotsoyev (cüdo)

Həsrət Cəfərov (ynan-Roma güləşi)

Qadınlar

Lamiyə Vəliyeva (paraatletika)

Ülviyyə Fətəliyeva (şahmat)

Jalə Əliyeva (güləş)

İlin idman jurnalisti – Gəray Qiyasov (Real TV)

İlin idman vloggeri – Orxan Sübhan

İlin televiziya aparıcısı – Aidə Əliyeva (CBC Sport)

İlin fotoreportyoru – Elşən Ağalarov (“Xalq qəzeti”)

İlin məşqçisi – Riçard Trautman (Kişilərdən ibarət cüdo millisinin baş məşqçisi)

İlin hakimi – Asif Şirəliyev (güləş)

İlin federasiyası – Azərbaycan Cüdo Federasiyası

İlin informasiya agentliyi – AzərTAC

İlin telekanalı – İctimai TV

İlin qəzeti – "Olimpiya dünyası"

İlin saytı

İdman - fanat.az

İctimai-siyasi - report.az