Komandalarımız mübarizəyə başlayırlar

Komandalarımız mübarizəyə başlayırlar


Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinə start veriləcək. Analoji yarışda mübarizə aparan komandalarımızdan biri ilk oyununu səfərdə, digər təmsilçimiz isə doğma meydanda keçirəcək. Əvvəlcə mübarizəyə "Lokomotiv” komandası başlayacaq.

Kladio Kuellonun yetirmələri Polşada "Bank Fakro”nun qonağı olacaqlar. Voleybol Mərkəzində keçiriləcək oyunda isə "Azərreyl” "Uraloçka” komandasını qəbul edəcək. Aleksandr Çervyakovun yetirmələri qələbə qazanmaq gücündədirlər. "Azərreyl” həm də mərhələ keçərsə, öz gücünü bir daha göstərəcək.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü yeri tutaraq, CEV kubokuna vəsiqə qazanan "Azəryol” yarışa növbəti, "Chelenc raund”dan qoşulacaq. Bakı təmsilçisi bu mərhələdə "Bank Fakro” - "Lokomotiv” cütünün qalibini gözləyir.