İkiqat Olimpiya mükafatçımız yeniyetmə güləşçilərə “ustad dərsi” keçdi

İkiqat Olimpiya mükafatçımız yeniyetmə güləşçilərə “ustad dərsi” keçdi

İkiqat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Azərbaycanda yeni yaradılan “Azsport” güləş klubunda "ustad dərsi" keçib.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024-dən sonra karyerasını başa vuran Hacı Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib.

Azərbaycan Güləş Federasiyasının regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2022-ci ildə əsası qoyulmuş "Azsport" idman klubu ötən ildən AGF-nin maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.

Biləcəri qəsəbəsində yerləşən “Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

İkiqat Olimpiya mükafatçımız yeniyetmə güləşçilərə “ustad dərsi” keçdi