Rabitə” idman klubunda

Rabitə” idman klubunda

"Rabitə” idman klubu ölkənin aparıcı idman klublarındandır. Klub fəaliyyətə başladığı 2003-cü ildən etibarən bır sıra peşəkar boksçular yetişməsində əvəzsiz rol oynayıb. Son 10 ildə keçirilən ölkə çempionatlarında "Rabitə” idman klubu birinci yeri qazanıb. 
Bu ilin yanvarında keçirilən ölkə çempionatlarında klubun idmançıları güclü olduqlarını bir daha sübuta yetiriblər. Belə ki, əldə olunan 5 qızıl, 4 gümüş, 5 bürünc medal sayəsində "Rabitə” idman klubu növbəti dəfə çempion tituluna layiq görülüb. Hazırda klubda 200-ə yaxın yeniyetmə, gənc və böyükyaşlı idmançı boksun sirlərinə yiyələnir.
Boks üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rasim Məmmədov, gənclər yığmasının baş məşqçisi Şamil Əlimzanov, London-2012-də bürünc medal qazanmış Teymur Məmmədovun şəxsi məşqçisi İlham Əlimzanov kimi təcrübəli mütəxəssislər məhz bu klubda məşqçilik edirlər.