Avropa Liqası: "Qarabağ" son oyunda da məğlub oldu 

Avropa Liqası: "Qarabağ" son oyunda da məğlub oldu 

"Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Qurban Qurbanovun komandası VIII turunda Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb. Georgios Karaiskakis stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Yunanların heyətində 56 və 60-cı dəqiqələrdə El Kaabi fərqlənib. Matçın 89-cu dəqiqəsində isə Julian Byankon oyunda yekun hesabı müəyyənləşdirib. 

Beləliklə, Ağdam təmsilçisi Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də məğlub olub, 1-ni qələbə ilə başa vurub. "Qarabağ" bu nəticə ilə Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. Bununla da Azərbaycan çempionu cari mövsüm avrokuboklarda mübarizəni dayandırıb.