Taekvondoçumuz "Turkish Open"də bürünc medal qazandı

Taekvondoçumuz "Turkish Open"də bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib. 

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.