MOK-un lX hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub 

MOK-un lX hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub 

Fevralın 18-də Milli Olimpiya Komitəsinin lX hesabat-seçki Baş Məclisi keçirilib. Baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub. İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.

MOK-un lX hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub